Ukrayna ordusunda Almaniyadan gətirilmiş “Panzerfaust- 3” markalı qumbaraatanlarla bağlı təlimlər başlayıb.
Alp.Az Polşa mətbuatına istinadla xəbər verir ki, bu prosesə NATO mütəxəssisləri də cəlb olunub.
Sözügedən qumbaraatanların istifadəsi SSRİ istehsalı “RPG” qumbaraatanlarından nisbətən fərqləndiyinə görə, bu silahlarla bağlı Ukrayna Müdafiə Nazirliyi təlim videosu da paylaşıb. Sözügedən qumbaraatanlar 1980-ci illərdən bir sıra NATO ölkələrinin arsenalında yer alır və 400 metr məsafədə olan ağır və yüngül zirehli nəqaliyyat vasitələrini, habelə, tankları vurmağa qadirdir.
Mətbuatda Almaniyanın Ukraynaya 1000 ədəd “Panzerfaust-3” göndərdiyi barədə məlumatlar yayılıb.
Rüfət