“Ukrayna layiqli cəzasını aldıqdan sonra Rusiya daha bir problemi həll etməlidir. Gürcüstan bölgədə yeni gərginliyin əsasını qoyur. Gürcüstanın Baş naziri Qaribaşvilinin İsrailə səfəri və buradakı görüşlər məhz ölkənin silahlanmasına hesablanıb bu da qəbul edilməzdir.”.
Alp.az xəbər verir ki, bu fikirləri Rusiya Siyasi Araşdırmalar İnstitutu direktorunun müavini Darya Qrevtsova deyib. O bildirib ki, Gürcüstan regionda vəziyyəti gərginləşdirmək niyyətindədir ki, bu da qəbuledilməzdir.
“Bəziləri Rusiyanın bu savşda zəiflədiyi qənaətindədir. Amma Rusiya bölgədə sülhün təminatçısıdır”.- Darya Qrevtsova deyə bildirib.