“Artıq iyun ayında Kiyev Çexiya təşəbbüsü çərçivəsində mərmi sursatının ilk partiyasını alacaq”.
Elchi.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Çexiyanın baş naziri Petr Fiala deyib.
Onun sözlərinə görə, ilk on min 155 mm-lik döyüş sursatı iyun ayında təhvil veriləcək:
“Ukrayna yaxın günlərdə ilk yükü gözləyə bilər”.
Xatırladaq ki, bu ilin fevralında Çexiya prezidenti Petr Pavel Ukrayna üçün 800 min mərmi almaq üçün lazım olan pul toplanarsa, üçüncü ölkələrdən əldə etmək imkanını açıqlamışdı. 1,6 milyard avro ayrılan Praqa təşəbbüsünə 15 Avropa İttifaqı (Aİ) və NATO ölkəsi qoşulub.
Danimarkanın baş naziri Mete Frederiksen məlumat verib ki, Ukrayna Çexiya təşəbbüsü çərçivəsində ilin sonuna qədər yarım milyon mərmi alacaq.
Yeganə