image-ee7f191f-821a-3837-a2d7-623eb00b68dc_850backend

Ukrayna-Rusiya danışıqları sabah davam etdiriləcək – YENİLƏNİB

“İşçi alt qruplarda əlavə fəaliyyət və anlayışların aydınlaşdırılması üçün danışıqlarda sabaha qədər texniki fasilə verilib”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

“Danışıqlar davam edir…”, – o əlavə edib.

14:19

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Ukrayna və Rusiya nümayəndə heyətlərinin videoformatda görüşünün davam etdiyini bildirib.

“Report” xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

“Tərəflər artıq mövqelərini daha dəqiq şəkildə ifadə edirlər. Ünsiyyət çətindir, amma gedir. Anlaşmazlığın səbəbi siyasi sistemlərimizin fərqliliyidir”, – o qeyd edib.

12:44
image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki