Ukraynanın daha bir rayonu rus işğalçılarından tamamilə azad edilib. Hazırda Sumı rayonunda rus ordusunun minaları zərərsizləşdirilir.
Alp.az xəbər verir ki, bunu Sumi vilayət hərbi administrasiyasının rəhbəri Dmitri Jivitski bildirib.
“Bölgə ərazisi azaddır, buna görə də partlayış səsləri eşidirsinizsə bu, xilasedicilər və partlayıcılardır. Rusiya hərbçilərinin torpaqlarımızda qoyub getdiyi sursatlar zərərsizləşdirilir”- şəhər rəhbəri bildirib.
Bununla belə, o qeyd edib ki, rayon ərazisi çoxlu sayda minalanmış və tədqiq olunmamış ərazilərə görə təhlükəsiz deyil: “Yol kənarlarına çıxmayın və meşə yollarından istifadə etməyin. Dağılmış avadanlıqlara yaxınlaşmayın. Mən bilirəm ki, orada hər şey dəhşətlidir, amma hələ təmizləmə vaxtı deyil. Əsas minalardan təmizlənmədir”.
Xatırladaq ki, bundan əvvəl rus işğalçıları Kiyev vilayəti, Jitomir vilayəti və Çerniqov vilayətindən tamamilə qovulub.Teleqraf.com