image-10ad7226-bf93-43ae-a6fb-f337f1944d4ebackend

“Ukrayna ilə müharibə olarsa, 3-4 gün davam edəcək” – Lukaşenko 

Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Ukrayna onun ölkəsi ilə heç vaxt müharibə etməyəcək. Əgər bu baş versə müharibə üç-dörd gün davam edəcək.

APA xəbər verir ki, Belarus lideri belə bir bəyanatla jurnalist Vladimir Solovyova müsahibəsində çıxış edib.

“Ukrayna heç vaxt bizimlə vuruşmayacaq. Bu müharibə maksimum üç-dörd gün davam edəcək. Orada bizə qarşı döyüşəcək heç kim olmayacaq” – deyə Lukaşenko bildirib.

Onun sözlərinə görə, Ukrayna Ordusunun hazırlığı aşağı səviyyədədir.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki