Ukrayna Silahlı Qüvvələri bütün istiqamətlərdə rus faşistləri ilə fəal mübarizə aparır və tədricən əks-hücumlara keçir. İgid döyüşçülərimiz təkcə hərbi cinayətkar Putinin müharibəyə göndərdiyi “top yemi”ni deyil (ing. “food for powder” – Şekspir ifadəsidir. Mənasız məhvə məhkum olan kütlələr anlamını verir. İfadə “IV Henrix” tarixi salnaməsindən qaynaqlanır – red.), həm də Rusiya ordusunun flaqman hissələrini məhv edirlər.
Alp.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
Bildirilib ki, bu yaxınlarda sosial şəbəkələrdə Rusiya Milli Qvardiyasının 6 elit hərbçisinin ölüm xəbəri və fotoları paylaşılıb. Həmin qrupdan yeddinci əsgər isə sonradan məhv edilib.
Məlumatda qeyd edilib ki, sözügedən elit rus hərbçiləri ukraynalıların başına çox bəla gətirən işğalçılar olub.
Bütün əsgərlər Dzerjinski diviziyasının nəzdindəki Vityaz Xüsusi Təyinatlı Mərkəzinin bir hissəsi olub. Aleksey Blinkov (sağdan ikinci) Novosibirsk Rusiya Mühafizə Qoşunları İnstitutunun məzunudur. Mixail Belyakov (ehtimal ki, soldan ikinci) Penza vilayətinin Nikolsk şəhərindəndir, Şimali Qafqazda hərbi əməliyyatların veteranıdır. Ukraynada isə fevralın 28-də öldürülüb.
Yeddinci döyüşçü haqqında məlumata ayrıca yer verilib. O, Samara vilayətindən olan, “Krılya Sovetov”un gənclər komandasının keçmiş futbolçusu Maksim Pustozvonovdur.
“Vityaz”ın vəzifələrinin diapazonu kifayət qədər genişdir – dəstələrin yaradılmasından tutmuş mühüm şəxslərin müdafiəsinə qədər.Publika