Ukrayna Avropadan enerji idxalına başladı

49

Ukrayna elektrik enerjisini Avropadan idxal etməyə başlayıb.

Elchi.az xəbər verir ki, bu barədə ölkənin energetika naziri German Qaluşenko bildirib.

“Hazırda idxal azdır, lakin yanvarın 1-dən həyata keçirilir. Üstəlik, biz müəssisələrin alışına şərait yaratmışıq və bu, müvafiq olaraq tədarüklərə və onların mümkün tədarük məhdudiyyətlərinə təsir edəcək”, – nazir söyləyib.

Nazirin sözlərinə görə, gələcəkdə idxalın həcmi zədələnmiş şəbəkələrdə bərpa işlərinin gedişindən və işğalçıların enerji obyektlərinə mümkün yeni zərbələrindən asılı olacaq.