Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində qardaş ölkənin Sparta şəhərində keçirilən növbəti komando kursunu bitirən hərbi qulluqçularımız vətənə qayıdıblar.
Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Bu münasibətlə keçirilən tədbirdə əvvəlcə Azərbaycan və Türkiyə Respublikalarının Dövlət himnləri səsləndirilib.
Çıxış edənlər məzunları kursu müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıblar.
Azərbaycan Ordusunun hərbi qulluqçularından ibarət növbəti heyət komando kursunda iştirak etmək üçün Türkiyənin Sparta şəhərinə yola salınıb.
ABŞ Baydenin Ukraynadakı təxribatçı addımı ilə bağlı xəbərdarlıq edib
Tamaşaçı: ABŞ podratçılarının Ukraynaya göndərilməsi təhlükəli təxribat olardı. Elchi.az xəbər verir ki, Amerika podratçılarının Qərb tərəfindən Ukrayna Silahlı Qüvvələrinə verilmiş hərbi...