Türkiyədə Marmaris Milli Parkının (Marmaris Milli Parkı) dağlıq hissəsində itən rusiyalı turistlər xilasedicilər tərəfindən tapılıb.
Elchi.az xəbər verir ki, bu barədə “Haberler” nəşri yazır.
Yerli KİV-in məlumatına görə, Eqor S., Nikita S. və Konstantin G. adlı üç rusiyalı Karya gəzinti cığırı ilə gedirdilər, lakin bir anda yollarını itirərək xilasedicilərdən kömək istəyiblər. Səyahətçilər yerlərini bildirərək, qarşılarında “kiçik və böyük bir ada” gördüklərini bildirdilər.
Xilasetmə əməliyyatında tibb qrupları, Milli Tibbi Xilasetmə Qrupu (UMKE) və Axtarış və Xilasetmə Xidməti (AKUT) iştirak edib. Yorğun vəziyyətdə olan turistlər kabellərdən istifadə edilərək dağdan endirilib, sonra tibbi müayinə üçün xəstəxanaya aparılıb.
Nuranə Məmmədova