image-275158508_2823676904593678_8448952152768936947_nbackend

Transkarpat legionundan ruslara ağır zərbə: Döyüş meydanından qaçdılar 

Ukraynanın 128-ci Transkarpat Dağ Hücum Briqadası ilə toqquşmadan sonra ruslar 2 tank, 2 zirehli transportyor və sursat daşıyan maşınları qoyaraq qaçıblar.

Alp.az xəbər verir ki, bu barədə Transkarpat legionu məlumat yayıb.

Qeyd olunub ki, ötən gecə briqadanın tutduğu ərazilərdə ruslarla bir neçə dəfə toqquşma olub. Bunlardan biri nəticəsində ruslar geri çəkilib, hərbi texnikalarını döyüş meydanında qoyub qaçıblar.

“Hərbçilərimiz iki tank, iki zirehli transportyor və döyüş sursatı olan üç yük maşını ələ keçirdi. Geri çəkilən ruslar arasında çaxnaşma yaranmışdı”, – legionun açıqlamasında deyilib.

Döyüşlərdə Rusiyanın Şərq qüvvələrinin bölməsinin iştirak etdiyi bildirilib. Vurğulanıb ki, döyüş texnikaları bundan sonra Ukrayna Silahlı Qüvvələrinə xidmət edəcək.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki