ABŞ-ın keçmiş prezidenti Donald Tramp növbəti dəfə ən yüksək dövlət vəzifəsinə namizədliyini irəli sürərək yüksək məhkəmə xərclərinə görə təyyarələrindən birini satıb.
Elchi.az Reuters.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın “The New York Post” qəzeti yazıb.
Mənbənin məlumatına görə, söhbət “Cessna Citation X” təyyarəsindən gedir. Tramp bundan 2016-cı il seçki kampaniyası zamanı tez-tez istifadə edirdi. O, 10 milyon dollara başa gəlib və İran əsilli tikinti maqnatı və Trampın əsas donoru Mehrdad Moayedi tərəfindən alınıb.
Tramp Kapitola hücumu, məxfi sənədlərin saxlanması və maliyyə sənədlərinin saxtalaşdırılması da daxil olmaqla bir neçə hüquqi işdə iştirak edir. Mənbə Trampın seçki kampaniyasının maliyyə hesabatları, vəkillərin maaşını ödəmək üçün vəsait çatışmazlığı ilə üzləşə biləcəyini bildirib. Nəşrin qeyd etdiyi kimi, hələlik o, donorların ianələrini qəbul edə bilən “Amerikanı xilas et” siyasi fəaliyyət komitəsi sayəsində hüquqi haqlar ödəyir və Respublikaçı Milli Komitə Trampın hüquqi xərclərini ödəməkdən imtina edib.
Yeganə