“ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya ordusunun Ukraynaya müdaxiləsinə cavab olaraq Moskvanı bombalayacağını bildirib”.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
“Çin Tayvanı işğal etməyə cəhd edərsə, o, Pekini də bombalamağa hazırdır. O, bunu donorlarla görüşlərdən birində deyib”,-deyə bunu məlumatlı mənbələr “The Washington Post”-a bildiriblər.
Onların sözlərinə görə, Tramp bu cür bəyanatlarla bəzi donorları təəccübləndirib. Keçmiş prezident donorlardan bir milyon dollar istəyir. O, onu dəstəkləmək zərurətini indiki prezident Co Baydenin zəngin amerikalılar və korporasiyalar üçün azaldılmış vergilərin müddətini uzatmaq niyyətində olmaması ilə də əsaslandırır.
Yeganə