image-45_1744287670backend

Tramp: Heç kimin bilmədiyi silahlarımız var

ABŞ prezidenti Donald Tramp, tariflərdən sonra artan ticarət müharibəsi xaricində eskalasiya ilə bağlı açıqlama verib.

Elchi.az xəbər verir ki, Tramp dünən axşam Oval Ofisdə icra sərəncamı imzalanma mərasimindən sonra mətbuat mənsublarının aktual məsələlərlə bağlı suallarını cavablandırıb.

Çin Dövlət Başçısı Si Cinpingi ağıllı adam olaraq xarakterizə edən və nəticədə çox yaxşı bir razılaşma əldə edəcəklərini ifadə edən Tramp qeyd edib: “”Si nə edilməsi lazım olduğunu dəqiq bilən bir insandır, ölkəsini sevir və məncə, razılaşmaq istəyəcək. Düşünürəm ki, bu baş verəcək. Bir anda telefon zəngi alacağıq və hər şey hazır olacaq”.

“Bizim silahlarımız var ki, onların nə olduğunu heç kim bilmir”

“Ticarət müharibəsindən kənarda eskalasiyadan narahatsınızmı?”-deyə bir müxbir Trampdan soruşub. O belə cavab verib: “Biz çox güclüyük. Bu ölkə çox güclüdür. İnsanların dərk etdiyindən də güclüdür. Bizim silahlarımız var ki, onların nə olduğunu heç kim bilmir və biz dünyanın ən güclü silahlarına sahibik, hamıdan güclü, hətta yaxın deyil, ona görə də heç kim bunu etməyəcək”.

Tariflərə 90 gün fasilə vermə qərarı dünən səhər öz təşəbbüsləri ilə aldıqlarını ifadə edən ABŞ prezidenti, “Tarif fasiləsinin bazarlara bu qədər təsir edəcəyini bilmirdim. Bu gün bazarlar gözəl bir gün keçirdi”,-deyə qeyd edib.

Çin Dövlət Başçısı Xi ilə nə vaxtsa telefonla danışacağını deyən Tramp həmkarını sevdiyini və hörmət etdiyini bildirsə də, ABŞ-la yaxşı rəftar etmədiyini müdafiə edib. Tramp ədalətli olarsa, Çin də daxil olmaqla, hər kəslə gömrük və ticarət müqavilələri bağlamağa hazır olduqlarını bir daha vurğulayıb.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki