ABŞ prezidenti Co Bayden və onun administrasiyası Ukraynanın gələcəyinin NATO-da olduğunu söyləyərkən səhv edirlər, keçmiş dövlət başçısı Donald Tramp deyib. Elchi.az xəbər verir ki, bu barədə o, “All In podcast”-a müsahibəsində bildirib.
“Bayden hər şeyi səhv deyir. Səhvlərindən biri də “Ukrayna NATO-da olacağını söyləmədidir. O, mənim fikrimcə, deyilməli olanın əksini deyir” – deyə siyasətçi vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi NATO-ya qoşulmağın Ukraynanın gələcəyi olacağını bildirib.
Havar Şəfiyeva
Xaməneinin müşaviri: İsrail Livana qarşı genişmiqyaslı müharibəyə başlasa, İran “Hizbullah”ı müdafiə edəcək
İsrail Livana qarşı genişmiqyaslı müharibəyə başlasa, İran bütün gücü ilə “Hizbullah”ı müdafiə edəcək. Elchi.az TASSa istinadən xəbər verir ki, bunu...