image-278909837_4987441084705920_877679442028053886_nbackend

Təhlükəli gəlişmə – Putinin qəddar planı

Müharibə Ukrayna ərazisində davam edir və Rusiya qoşunlarının Ukraynanın şərqində elan etdiyi genişmiqyaslı hücumunun başladığı barədə prezident Zelenskinin müraciəti olub. Dünən həm Təhlükəsizlik Şurasının ekspert dairələrində, həm də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargahında bu hücumun məqsədəuyğunluğu ilə bağlı müxtəlif fikirlər barədə etibarlı mənbələrdən əldə etdiyim məlumatı sizlərlə bölüşmüşdüm. Lakin xəbərdarlıqlara baxmayaraq, Rusiya prezidenti Vladimir Putin qərar qəbul edib və mövcud hərbi əməliyyat planının həyata keçirilməsi əmrini verib.

Bazar günü axşam saatlarında Putin Mariupoldakı müqaviməti mülki əhali ilə birlikdə məhv etmək qərarını açıqlayıb. Bu göstəriş sözün əsl mənasında, “yerli əhali arasında qurbanlardan asılı olmayaraq” şəklində səslənib. Həmçinin, Putin işğal olunmuş ərazilərin əhalisinin rus qoşunlarına müqavimət göstərəcəyi təqdirdə, əhaliyə qarşı “cəza əməliyyatları”na birbaşa icazə verib. Mənbə təkid edir ki, Putin Ukraynada işğal olunmuş ərazilərdə yerli əhaliyə münasibətdə məhz “cəza əməliyyatları” deyib. Bu ifadənin şahidləri ən azı doqquz nəfər, o cümlədən Patruşev, Bortnikov, Narışkin, Zolotov, Gerasimov və başqaları olublar. Buradan əldə olunan nəticə odur ki, Buça, İrpin və s. işğala məruz qalmış ərazilərdə rus ordusunun törətmiş olduğu vəhşiliklər də ən yüksək səviyədə sanksiyalaşdırılıbmış. Putin Rusiya silahlı qüvvələri ilə bağlı əvvəllər verdiyi tövsiyəni təkrarlayıb: hücum zamanı qoşunlara rəhm etməyin, silahlara qənaət edin. Bu ifadələrdən də görünür ki, döyüş zamanı ölən insanların “özününkü” yaxud “özgə” olmasından asılı olmayaraq, Vladimir Putin üçün insan həyatının hər hansı əhəmiyyəti yoxdur.

Müzakirə olunan planlarda Ukrayna ərazisində mülki infrastruktura raket zərbələrinin endirilməsi, iri dəmir yolu infrastruktur obyektlərinin, körpülərin və magistral qovşaqların məhv edilməsi də yer alıb. Putin, Patruşev və Bortnikov həmçinin, cəbhədəki hücumların uğursuzluğa düçar olacağı halda, Ukrayna ərazisinə nüvə zərbəsi endirilməsinə haqq qazandırmaq üçün FTX-nın Belqorod, Voronej və Rostov vilayətlərində və Moskvada mülki itkilərlə bağlı hazırladığı təxribatları da müzakirə ediblər. Bütün bunların fonunda, Rusiya Federasiyasının nüvə silahından istifadəsinin Rusiya dövlətinin bu günkü vəziyyətdə mövcudluğuna son qoyacağı ilə bağlı xəbərdarlıq edən Rusiya Federasiyası Təhlükəsizlik Şurasındakı ekspertlərin rəyini xatırlatmaq yerinə düşər.

Dadaş Əhmədli

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki