NATO-nun baş katibi Yens Stoltenberq “Çin İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük münaqişəni qızışdırır” deyib və NATO müttəfiqlərinin lazım gələrsə, Çinin fəaliyyətini baha başa gəlməsinə hazır olması lazım olduğunu bildirib.
Elchi.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqtona rəsmi səfəri çərçivəsində “Wilson Center” analitik mərkəzində çıxış edib.
ABŞ-ın tək başına çox böyük bir ölkə olduğunu, lakin NATO müttəfiqləri ilə birlikdə hər kəsin “çox daha güclü” olduğunu bildirən Stoltenberq, bütün müttəfiqlərin bir-birini dəstəklədiyi təqdirdə hücumların qarşısını almaq olar.
Avropa ölkələrinin ortaq müdafiəyə çox daha çox töhfə verdiyinə diqqət çəkən Stoltenberq, “Avropa ölkələri müdafiə xərclərini rekord səviyyəyə çatdırdı” -deyib.
Bu gün ABŞ prezidenti Co Baydenlə görüşündə müdafiə ilə bağlı yeni rəqəmləri açıqlayacağını qeyd edən Stoltenberq bildirib ki, NATO müttəfiqlərindən 20-dən çoxu bu il ümumi daxili məhsulun (ÜDM) 2 faizini müdafiəyə ayıracaq.
Stoltenberq xatırladıb ki, 5 il əvvəl yalnız 10-a yaxın NATO üzvü öz ÜDM-nin 2 faizini müdafiəyə yatırıb.
Nuranə Məmmədova