NATO-nun baş katibi Stoltenberq: Kiyev üçün yeni yardım paketi alyansa körpü olacaq.
Elchi.az xəbər verir ki, Ukraynaya yeni yardım paketi, həmçinin Ukrayna ordusunun NATO standartlarına uyğunluğunu artırmaqla yanaşı, Kiyev üçün “alyansa üzvlük üçün körpü” olacaq. RİA Novosti xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Biz Zelenski ilə razılaşdıq ki, NATO-dan dəstək, daha çox təlim, daha çox uyğunluq, daha çox maliyyə – bütün bu elementlər NATO-ya üzvlük üçün körpü olacaq, çünki Ukraynanın yeri NATO-dadır”.
Bundan əvvəl Stoltenberq bildirib ki, NATO-nun Vaşinqtonda keçirilən sammitində Ukraynaya silah tədarükünün ildə ən azı 40 milyard dollar olması barədə qərar qəbul edilməlidir. Onun sözlərinə görə, bu məbləğə digər yardım növləri, məsələn, makroiqtisadi yardımlar daxil olmayacaq. O, həmçinin vəd edib ki, hərbi yardım “daha proqnozlaşdırıla bilən, daha böyük məsuliyyətlə, daha effektiv olacaq”.
Stoltenberq Ukraynanın 2034-cü ilə qədər alyansa üzv olacağına da ümid etdiyini bildirib. Baş katib əlavə edib ki, Ukraynadan başqa, digər ölkələr də NATO-ya üzv olmaq üçün müraciət edir, lakin onların təşkilata daxil olma perspektivlərini şərh etməyib.
Vaşinqtonda NATO sammiti iyulun 9-dan 11-dək keçiriləcək.
Şayəstə Hüseynova