NATO blok ölkələrinə birbaşa hücum təhlükəsi görmür, lakin Qara dəniz regionu da daxil olmaqla hərbi potensialın artırılmasını zəruri hesab edir.
Elchi.az “TASS”a istinadən xəbər verir ki , bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
O vurğulayıb ki, NATO hesab edir ki, blokun Ukraynaya dəstəyi bizi münaqişə tərəfi etmir.
Stoltenberq NATO Parlament Assambleyasında mətbuat konfransında deyib: “Buna görə də bizim Ukraynada NATO qüvvələrini yerləşdirmək və ya NATO texnikasını Ukrayna hava məkanına göndərmək planımız yoxdur”.
Nuranə Məmmədova