NATO-nun baş katibi Yens Stoltenberq keçmiş prezident Donald Trampın ölkədə hakimiyyətə qayıdışı təqdirdə ABŞ-ın Ukraynaya dəstəyini davam etdirəcəyinə əminliyini ifadə edib.
Elchi.az Reuters.com-a istinadən xəbər verir ki, Stoltenberq bu barədə Britaniyanın “Sky News” telekanalında məlumat verib.
“Mən əminəm ki, həm Avropa müttəfiqləri, həm də ABŞ Ukraynanı dəstəkləməyə davam edəcək, çünki bu, təhlükəsizlik sahəsində maraqlarımıza uyğundur. Mən ABŞ-ın noyabrdakı prezident seçkilərinin nəticəsindən asılı olmayaraq, bunu davam etdirəcəyini gözləyirəm”, – deyə Stoltenberq bildirib.
O, həmçinin Rusiyanın Ukrayna münaqişəsində qələbəsinin Ukrayna üçün faciəyə çevriləcəyini bir daha vurğulayıb və bununla əlaqədar olaraq Kiyevə dəstəyin davam etdirilməsinin vacibliyini bildirib.
Yeganə