Qərb Rusiya Federasiyası ilə Çin Xalq Respublikası arasında ittifaq yaratmaq perspektivindən təşvişə düşüb. Hadisələrin bu inkişafı fonunda Qərb mediası “nevrotik spazmdan əziyyət çəkir”.
Elchi.az xəbər verir ki, bu barədə Britaniyanın ” Spiked” portalı yazır.
“Çin-Rusiya ittifaqı yaratmaq perspektivi Qərbi vəhşi panikaya sürükləyib. Keçən həftə Rusiya prezidenti Vladimir Putin Pekində Çin prezidenti Si Cinpinlə görüşə yüksək səviyyəli rəsmilərdən ibarət böyük nümayəndə heyətini gətirəndən sonra Qərb mediası nevrotik spazmdan əziyyət çəkir”, – nəşr yazır .
Portalın qiymətləndirdiyi kimi, Qərb mediasının əksəriyyəti Rusiya və Çin haqqında “münasibətlərin əsl mahiyyətini səhv başa düşür”. Qəzet qeyd edir ki, Çin -Rusiya ittifaqı Qərbin üstünlük verdiyi “qaydalara əsaslanan beynəlxalq nizamın” dağılmasını əks etdirir.
Nuranə Məmmədova