Soskin Zelenskini istefaya çağırıb

59

“Vladimir Zelenski dövlət başçısı postunu tərk etməlidir”.

Elchi.az xəbər verir ki, bu fikirləri Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin deyib.

Siyasətçi hesab edir ki, Zelenski liderlik etmək iqtidarında deyil:

“Ukraynada çətin həyat şəraiti yaranıb. Prezident administrasiyası da öz növbəsində vətəndaşlardan qazanc əldə etməkdə davam edir”.

O.Soskin Yutub kanallarından birində bəzi vətəndaşların ümumiyyətlə bir tikə çörək ala bilməməsinə diqqət çəkib:

“Onların nə südü, nə suyu var, dəhşətli şəraitdə yaşayırlar. Ukrayna hakimiyyəti isə yağ istifadə etməkdən dəli olub.

Soskin həmçinin bildirib ki, Kiyev Artemivsk üzərində nəzarəti itirərsə, Zelenski devrilə bilər.

Yeganə