image-1646812663_32aa429915e02f2ec65d66b83daa863abackend

SON DƏQİQƏ:Ukrayna ordusu əks hücuma keçdi, rus ordusuna sarsıdıcı zərbə vuruldu

Ukrayna -Rusiya savaşında gərginlik pik həddədir. Alp.az xəbər verir ki, bu gecədən başlayaraq Ukrayna ordusu əks hücuma keçib.

Bu barədə Ukrayna Daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib. Vadim Denisenko bildirib ki,  Ukrayna Silahlı Qüvvələri Kiyev yaxınlığında əks hücuma keçərək düşmənin 5 tankını məhv edib. O, bu barədə “Rada” telekanalının efirində bildirib.

“Gecə kifayət qədər çətin keçib, lakin ümumilikdə deyə bilərik ki, Ukrayna ordusu Kiyev yaxınlığında əks hücuma keçib. Beş tankı sıradan çıxarmışıq… Səhər Kiyevdə qərb kənarında artilleriya döyüşləri eşidildi. Biz başa düşürük ki, indi orada döyüşlər gedir. Lakin hələlik daha ətraflı məlumat yoxdur”, – Denisenko bildirib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki