Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin İzyum şəhəri yaxınlığındakı bölmələrinin müdafiəsini yarmağa və Mariupol üzərində nəzarəti bərqərar etmək üçün bu gün səhər saatlarından genişmiqyaslı hücuma başlayıb. Alp.az Unian-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı aprelin 10-da saat 06:00-a olan əməliyyat məlumatında məlumat verir.
Məlumatda bildirilir ki, rus qoşunları Ukrayna Silahlı Qüvvələrinin İzyum şəhəri yaxınlığındakı bölmələrinin müdafiəsini yarmağa, Mariupol üzərində tam nəzarəti bərqərar etməyə çalışır. Həmçinin işğalçılar Nikolayev istiqamətində bölmələrinin taktiki mövqeyini yaxşılaşdırmağa çalışırlar.