Almaniya kansleri Olaf Şolts “Stern” nəşrinə müsahibəsində bildirib ki, 2025-ci ildə kansler vəzifəsini qoruyub saxlamaq istəyir.
Elchi.az bu barədə BBC.com-a istinadn xəbər verir.
“Mən 2025-ci ilin payızından sonra federal kansler olaraq qalmaq istərdim”,-deyə Şolts qeyd edib.
Bundan əlavə, o, hakim koalisiyanın daxilindəki fikir ayrılıqlarına baxmayaraq, yaxın aylarda dağılmayacağına əminliyini ifadə edib.
Xatırladaq ki, Şolts 2021-ci ildə kansler olub. Seçki nəticələri ilə onun Almaniya Sosial Demokrat Partiyası Yaşıllar və Azad Demokrat Partiyası ilə koalisiya qurub.
Yeganə