image-ukrayna_muharibe1646049927backend

ŞOK İDDİA:Ukrayna necə Suriyaya çevrilir?

Pentaqon rəhbərinin keçmiş müşaviri Polkovnik Duqlas Makqreqorun Rusiya-Ukrayna müharibəsi haqda səsləndirdiyi fikirlər bir sıra sualların yaranmasına səbəb olub. Pentaqon polkovniki bildirib ki, ABŞ müharibəyə müdaxilə etməməli və sanksiyalar tətbiq olunmamalıdır. Makqreqorun bu açıqlaması “Rusiyanın müharibəni ABŞ və Qərblə razılaşdırıb” fikirlərini yenidən gündəmə gətirib.

Pentaqon polkovnikinin açıqlamasını şərh edən Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Duqlas Makqreqor əslində Rusiyanın gələcək üçün planlanan addımlarının qarşısını almaqdan ötrü belə bir fikir ifadə edib: “Proseslər davam etsə, həm Ukrayna, həm onun arxasındakı güclər, həm də ABŞ itirəcək. Bu günə qədər baş verən proseslərdə isə Qərb koalisiyasının çox böyük uğur qazandığını görmək mümkündür. Ukraynada baş verənlərlə bağlı ilk olaraq beynəlxalq güclərdən Hindistan öz mövqeyini ifadə edib. BMT-dəki müzakirələrin ardınca isə Çinin qadağalara qoşulmaması və Hindistan kimi rəsmi Pekinin də Rusiyanı müdafiə etməklə bağlı mövqe sərgiləməsi görünməkdədir”.

Əziz Əlibəyli əlavə edib ki, Ukrayna böhranı beynəlmiləlləşməkdə və sərhədləri aşmaqdadır: “Bu baxımdan müharibə Ukrayna-Rusiya qarşıdurmasından tamamilə kənara çıxıb. Artıq minlərlə avropalı döyüşçü könüllü adı altında Ukrayna ərazilərinə gəlib. Paralel olaraq silahlı dəstələr meydana çıxıb. Yüz minlərlə qeydiyyatı və reysteri olmayan silahlar paylanıb. Bu isə bizim yaxşı tanış olduğumuz Suriya məsələsinə oxşar bir mənzərəni ortaya çıxarmaqdadır. Məhz bu senarini Amerikadan keçmiş administrasiya mənsubları daha yaxşı görürlər. Ona görə də. indiki halda əldə olunan bu qazancı kifayət hesab edirlər. Yəni bu məqamda dayanmağı daha məqsədəuyğun sayırlar”.konkret

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki