Ukraynada ağır döyüşlər davam edir. Fevralın 28-də Çeçenistan lideri Ramzan Kadırovun mühafizə xidmətinin bir taboru Ukraynada pusquya salıbnaraq məhv ediblib. Alp.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Verilən məlumata görə tabordan yalnız 8 nəfər xilas olub. Ukrayna mediası iddia edir ki, çeçen liderinin mühafizə xidmətinin hərəkət trayektoriyası “Bayraktar” pilotsuz uçuş aparatları ilə izlənilib.
Ukrayna Milli Təhlükəsizlik-Müdafiə Şura katibi Aleksiy Danilov məlumat verib:
“Ukrayna rəhbərliyi Kadırov dəstəsnin prezident V. Zelenskiyə sui-qəsd niyyətilə keçirdiyi xüsusi əməliyyatdan öncədən xəbər tutub və elit qrupu zərərsizləşdirilib. Digər qrup üzvləri də təqib və atəş altındadır. Biz prezidentimizi, ölkəmizi heç kimə verməyəcəyik. Torpağımızdan rədd olun!”.
Ümumiyyətlə, bu 6 gün müharibə dövrü Rusiya ordusu haqqında mifi dağıtdı. Elə bir çox güclü ordusu yox imiş. Son günlərdə keçiblər raketlər atmağa. Niyə? Çünki ordusu heç nə bacarmadı. Ukraynanın 24 vilayətinin bir mərkəzini belə ala bilmədi. Rusiya sərhədindən cəmisi 40km aralı Xarkov şəhərini 1 həftədir hücum edir, nə qədər canlı qüvvə, texnika itirib, yenə də, ala bilməyib. Axırda hirslənib uzaqdan raket atır. Alsa atardı?
Ukraynaya isə Qərb dayanmadan güclü silahlar göndərir. Bütün kəşfiyyat işlərini, rusların yerini, koordinatını Ukrayna elit qüvvələrinə Qərb verir. İndicə 70 qırıcı, bombardmançı təyyarə verdilər. Ukrayna Avropa Birliyinə girir, indi dəstək artar. Ukraynalılar də döyüşkən millətdir əsgər-zabitli.
Hiss olunur ki, Rusiya “Ukrayna tələsinə” düşüb. Və müharibə uzandıqca, Rusiya zəifləyəcək, get gedə. Çünki resursu, ekonomisi, dəstəyi yoxdur. Ukraynanın tərəfində isə, bütün dünya dayanıb. Putin axırda sülhə, razılaşmaya gedər, məcburi.