image-78backend

Serj Sarkisyandan SENSASİON AÇIQLAMA:“Azərbaycanla bağlanan hər hansı sülh müqaviləsi erməni xalqına xəyanətdir” 

Ermənistanın sabiq prezident Sej Sarkisyan Azərbaycan və Ermənistan arasında hər hansı bir sülh müqaviləsinin bağlanılmasını qəbuledilməz adlandırıb. Alp.az xəbər verir ki, Sarkisyan erməni politoloq Tiqran Vardanyanın internet kanalına müsahibəsində Nikol Paşinyan hökumətini tənqid edərkən belə deyib.

“Azərbaycanla bağlanan hər hansı bir sülh müqaviləsi erməni xalqına xəyanətdir. 30 ildir erməni xalqı öz varlığı üçün mübarizə aparır. Qarabağın taleyi necə olacaq? Müqavilənin şərtləri  necə olacaq? Heç kim bunu bilmir. İstənilən halda bu sülh müqaviləsi bizim xeyrimizə deyil.  Xalqın adından danışmaq yox, bu tipli məsələləri ümumxalq referundumuna çıxartmaq vacibdir. Bütün erməni xalqı bu gün mitinqdə öz sözünü deyəcək.”- deyə Sarkisyan bildirib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki