Naftalan və Goranboy rayonunun bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Azəriqaz İstehsalat Birliyindən Elchi.az -a verilən məlumata görə, SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” birinci xətt yüksəktəzyiqli magistral qaz kəmərinin yeni çəkilmiş hissəsinin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı, 02.05.2023-cü il tarixində saat 09:00-dan etibarən 03.05.2023-cü il tarixində işlər başa çatanadək “Goranboy”, “Naftalan”, “Goran qəsəbəsi” və “Gilan Knauf” MMC ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Naftalan şəhərinin tam olaraq, Goranboy rayonunun isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bakı Fransız Liseyi niyə bağlanır?
Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılması qərarının qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyəti ərzində Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL)...