Tiflis Şəhər Məhkəməsində eks-prezident Mixail Saakaşvilinin məhkəmə prosesi başlayıb.
Elchi.az xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
Məlumata görə, eks-prezident artıq konfrans zalındadır. Saakaşvilinin çıxışı gözlənilir. Məhkəmə prosesi Birinci Kanal tərəfindən yayımlanacaq.
Hazırda yüzlərlə insan məhkəmə binası qarşısında toplaşaraq onun azadlığa buraxılmasını tələb ediblər. Polis hadisə yerindədir.