Rus işğalçıları Luqansk vilayətinin Kremennaya şəhərinə daxil olublar.
Alp.az xəbər verir ki, bu barədə Luqansk vilayət administrasiyasının sədri Sergey Qayday feysbuk səhifəsində yazıb.
“Ruslar Kremennaya daxil olublar. Küçə döyüşləri başlayıb. Evakuasiya mümkün deyil”, – o deyib.
Qaydai bu gün səhər saatlarında Kremennaya artilleriya atəşinin aprelin 17-də gün ərzində davam etdiyini, gecə isə daha tez-tez və güclü olduğunu bildirib. Yeddi yaşayış binası və yardımçı tikili yanıb.
Bundan əlavə, işğalçılar Kremennayadakı “Olimp” idman kompleksinə hücum ediblər.
“Bir neçə saat əvvəl Rusiya mərmiləri yerli idman infrastruktur obyektlərinə düşüb. Xüsusilə, Ukrayna Olimpiya komandasının nümayəndələrinin adətən məşq etdiyi bu yaxınlarda tikilmiş “Olimp” idman kompleksi. Yanğın sahəsi, ilkin hesablamalara görə, 2400 kvadratmetrdir”, – Qaydai yazıb.
O əlavə edib ki, yaxınlıqda meşə olduğu üçün hadisə yerində olan xilasedicilər alovu lokallaşdırmağa çalışır.