“Rusiya işğalının əməliyyat mərkəzi Ukraynanın şərqinə keçib, lakin Rusiyanın son məqsədi dəyişməz olaraq qalır”.
Alp.Az “Yevropeyskaya Pravda”ya istinadla xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin bazar günü səhər dərc olunmuş kəşfiyyat icmalında deyilir.
Rusiya qüvvələri Belarusdan Ukraynanın şərqinə hərbi və dəstək texnikası köçürməkdə davam edir. Britaniya kəşfiyyatının məlumatına görə, bura Xarkov və Severodonetsk yaxınlığındakı yerlər daxildir.
Rusiya artilleriyası ölkənin şərqindəki Ukrayna mövqelərinə zərbələr endirməkdə davam edir və Rusiyanın hücum fəaliyyətini bərpa etməyi planlaşdırır.
Eyni zamanda, Rusiyanın əməliyyat diqqəti Ukraynanın şərqinə yönəlsə də, Rusiyanın son məqsədi dəyişməz olaraq qalır.
“O, Ukraynanı Avro-Atlantik oriyentasiyasından əl çəkməyə və özünün regional üstünlüyünü təsdiq etməyə məcbur etməyə çalışır”, – bəyanatda deyilir.
Xəbər verildiyi kimi, ABŞ yaxın günlərdə Rusiyanın hücumunun gücləndiriləcəyini gözləyərək, müttəfiqlərini Ukraynanı daha çox artilleriya və sursatla təmin etməyə çağırır.
Rüfət
Alp.Az