image-1c04dcb4-670d-47b7-9208-1a8678e1ab09backend

RUSİYANIN İRİ NEFT BAZASI VURULDU –  VİDEO 

Rusiyanın Bryansk vilayətindəki iki böyük neft bazasında partlayışlar baş verib. Bu barədə ukraynalı hərbi jurnalist Yuri Butusov məlumat verib.

Onun sözlərinə görə, Rusiya ordusunun HHM sistemləri növbəti dəfə zərbələr qarşısında aciz olduğunu göstərib.

Rusiya Müdafiə Nazirliyi ölən hərbi qulluqçuların ailələrinə təzminat ödəmələrinə mülki məmurlar deyil, hərbçilər tərəfindən nəzarət edilməsini təklif edib.

Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin tviter səhifəsində yazılıb.

“Bu, çox güman ki, Rusiyanın itkilərin real miqyasını gizlətmək istəyi ilə bağlıdır. Rusiya Mariupoldakı Azovstal polad zavoduna hücum etmək əvəzinə, oranı mühasirəyə alır. Bu, o deməkdir ki, şəhərdə xüsusi fəallıq yoxdur. Ukraynanın Mariupolu müdafiəsi etməsi qarşı tərəfin döyüş qabiliyyətini aşağı salıb. Biz beynəlxalq müttəfiqlərimizlə birlikdə Ukraynanı dəstəkləməkdəyik. Britaniya hökuməti Ukraynaya iqtisadi, humnaitar və müdafiə xarakterli hərbi yardım göstərir. Həmçinin biz Rusiya və Belarusa əlavə sanksiyalar tətbiq edirik”, – paylaşımda bildirilib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki