Rusiya prezidenti Vladimir Putinə etimad səviyyəsi son bir həftədə artaraq 81,4 faiz təşkil edib.
Elchi.az xəbər verir ki, bu barədə Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTsIOM) portalında dərc olunan sorğuda qeyd olunub.
Bir həftə əvvəl respondentlərin 80,9 faizi Putinə güvəndiyini bildirib. Tədqiqat hökumətin fəaliyyətinə dəstəyin səviyyəsini də adlandırır.
Sorğu telefon vasitəsilə aparılıb və orada 11 mindən çox rusiyalı iştirak edib.
Daha əvvəl VTsİOM-un baş direktoru Valeri Fedorov bildirmişdi ki, Rusiya cəmiyyətində vətənpərvərlik səviyyəsi xeyli artıb: 2016-cı ildə vətənpərvərlik səviyyəsi 80 faiz idisə, bu gün həmin rəqəm 94 faizə qədər qalxıb.
Yeganə
Mənbə: Lenta.ru