“Sputnik Moldova”nın rəhbəri Vitali Denisov bildirib ki, o, ölkənin milli təhlükəsizliyinə təhlükə törətdiyi üçün Moldovadan çıxarılır. Elchi.az xəbər verir ki, Rusiyalı jurnalist RİA Novosti ilə söhbətində deportasiyanın səbəbini açıqlayıb.
Denisov izah edib ki, miqrasiya xidmətinin əməkdaşları səhər onun yanına gəliblər. Onlar jurnalistdən onlarla getməyi xahiş ediblər. “Moldova Respublikasının milli təhlükəsizliyinə təhdid yaradan şəxs kimi ölkəni tərk etməli olduğum, ölkəyə girişimin 10 il müddətinə qadağan edildiyi barədə qərarın surətini verdilər”- deyə jurnalist qeyd edib.
Sputnik Moldova rəhbəri əlavə etdi ki, onunla olduqca düzgün və nəzakətlə rəftar edilib, lakin əşyalarını yığmağa icazə verilməyib.
Havar Şəfiyeva