“İşlərimiz Ukraynada istədiyimiz kimi getmir. Tezliklə vəziyyəti stabilləşdirməliyik.Ukraynada vəziyyətimiz olduqca gərgindir ”.
Alp.az xəbər verir ki, Rusiya Federasiyası Milli Qvardiya Qoşunlarının Ali Baş Komandanı, ordu generalı Viktor Zolotov belə deyib.
Rus ordusunun işğal əməliyyatında ləngimənin səbəbinə aydınlıq gətirən ordu generalı bu məsələdə Ukraynadakı “faşist elementləri” günahlandırıb. Generalın sözlərinə görə, Ukrayna faşistləri əgər xalq arasında gizlənməsəydi rus ordusu onları rahatlıqla sıradan çıxarar və sürətli şəkildə ölkəni alardı.