837 xəstə infeksiya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Elchi.az xəbər verir ki, Rusiyada COVID-19 ilə Mübarizə üzrə Operativ Qərargahın məlumatına görə, son sutka ərzində 6078 yeni koronavirusa yoluxma halı aşkarlanıb.
Ən çox yeni hal Moskvada qeydə alınıb, burada gündə 2038 hadisə aşkarlanıb. Yeni yoluxmaların sayına görə ikinci yerdə 712 nəfərdə infeksiyanın aşkarlandığı Sankt-Peterburq, üçüncü yerdə isə 232 yeni xəstə ilə Moskva vilayəti qərarlaşıb.
Həmçinin, son sutka ərzində Rusiyada 41 nəfər koronavirusdan ölüb, 837 xəstə isə infeksiya ilə xəstəxanaya yerləşdirilib. 4698 nəfər koronavirusdan sağalıb.
Belə ki, Rusiyada COVID-19 pandemiyasının başlanğıcından indiyədək 21 882 414 yoluxma halı aşkarlanıb. 394 610 xəstə vəfat edib, 21 297 919 dəfə infeksiyadan sağalıb.
Şayəstə