Son 24 saat ərzində 46 ölüm qeydə alınıb.
Elchi.az xəbər verir ki, Rusiyada son sutka ərzində 5102 koronavirusa yoluxma halı aşkarlanıb. 14 yanvar 2023-cü il şənbə günü belə məlumatlar pandemiya ilə mübarizə üzrə operativ qərargah tərəfindən təqdim edilib.
Operativ Qərargahın məlumatına görə, ən çox yoluxma yenidən Moskvada aşkarlanıb, burada gündəlik artım 1585 hadisə olub. Xəstəliyə yoluxanların sayına görə ikinci yeri 497 nəfər göstərici ilə Sankt-Peterburq tutur. İlk üçlüyü gündə 242 xəstənin qeydə alındığı Sverdlovsk vilayəti qapayır.
Ötən sutka ərzində 46 ölüm faktı qeydə alınıb, 3887 xəstə tam sağalıb.
Beləliklə, COVID-19 pandemiyasının bütün dövrü ərzində ölkədə koronavirus infeksiyasına yoluxanların ümumi sayı 21 851 824 nəfərə yüksəlib, 394 355 nəfər infeksiya qurbanı olub, 21 271 432 nəfər sağalıb.
Şayəstə