Ötən sutka ərzində, 2023-cü il yanvarın 3-nə qədər Rusiyada 3080 koronavirusa yoluxma halı qeydə alınıb, bir gün əvvəl bu rəqəm 3884 olub. Yanvarın 2-də COVID-19-dan ölənlərin sayı müvafiq olaraq 43-dən 48-ə çatıb.
Elchi.az xəbər verir ki, bu barədə infeksiyaya qarşı mübarizə üzrə federal operativ qərargah məlumat yayıb.
Bir gün əvvəl sağalanların sayı 4489-a qarşı 5482 nəfər olub. Eyni zamanda xəstəxanaya yerləşdirilənlərin sayı da artıb.
“Ölkədə bir gün ərzində xəstəxanaya yerləşdirilənlərin sayı 512 nəfər olub və əvvəlki günlə müqayisədə 35,1% artıb”, – Operativ Qərargahdan bildirilib.
Ümumilikdə, pandemiyanın başlanğıcından indiyədək 21 810 511 yoluxma, 21 223 056 sağalma və 393 853 ölüm faktı qeydə alınıb.
Xatırladaq ki, Çində “koronavirus qiyamətinin” başladığı barədə dünya mediası 2022-ci il dekabrın 20-də məlumat vermişdi. Çinin Milli Səhiyyə Komissiyasının qapalı iclasının protokollarına istinad edən Bloomberg-in məlumatına görə, dekabrın əvvəlindən Çində 248 milyon insan xəstələnib. Bu da nə çox, nə də az, Çin əhalisinin 18 faizini təşkil edir. Cəmi bir gündə – dekabrın 20-də 37 milyon insan COVID-19-a yoluxub.
Şayəstə