Rusiya -Ukrayna savaşında Rusiya T-80BV müasir mina təmizləmə qurğularını istifadə etməyə başlayıb. Alp.az Rusiya hərbi mənbələrinə istinadən xəbər verir ki, artıq Rusiya T-80BV müasir mina təmizləmə qurğularını yeni modernzasiya edilmiş çətirlərlə təhciz edib.
Yeni vasitə “qoruyucu çətir” adlanır.
Hərbi mənbə iddia edir ki, yeni qurğu piyada, tank əleyhinə minalardan əlavə, zenit sursatlarını və idarə olunan quru minalarını zərərsizləşdirə bilirlər. Hərbi medianın yazdığına görə rusların qoruyucu çətir adlandırdığı bu yeni vasitə bütün tanklarda istifadə ediləcək.
Yeni dizayn yaxşı partlayış müqavimətinə malikdir və belə bir cihazla təchiz edilmiş bir tank kifayət qədər gediş hərəkətliliyini saxlayır.
Eyni tankın qülləsinin üstündə quraşdırılmış qoruyucu “çətir” daha düşünülmüş forması ilə seçilir. Bu, eniş və nəqliyyat vasitəsini tərk etməyə və 12,7 mm-lik Utes zenit pulemyotunun istifadəsinə mane olmur.