Rusiya Dövlət Duması Ukraynada xüsusi əməliyyat iştirakçılarının veteran statusu layihəsini təsdiqləyib.
Alp.az xəbər verir ki, Dövlət Dumasının əmək, sosial siyasət və veteranların işləri üzrə komitəsi çərşənbə günü keçirilən iclasda Ukraynada və Donbassda xüsusi hərbi əməliyyatın iştirakçılarına döyüş veteranları statusunun verilməsi haqqında qanun layihəsini birinci oxunuşda bəyənib.
Komitənin sədri Yaroslav Nilov deyib: “Mən təklif edirəm ki, operativliyi nəzərə alaraq, bu gün birinci oxunuşda və bütövlükdə baxılması təklif olunur, komitə adından dəstək verilsin”.
Dövlət Dumasının vətəndaş cəmiyyətinin inkişafı komitəsinin sədr müavini Vladimir Şamanov jurnalistlərə bildirib ki, “Vahid Rusiya” deputatları bu qanun layihəsinə eyni vaxtda üç oxunuşda səs verməyə çağıracaq.
Onun sözlərinə görə, qanun layihəsi Ukraynadakı xüsusi hərbi əməliyyatın iştirakçılarına artıq Əfqanıstan, Suriya və digər qaynar nöqtələrdə əməliyyatların veteranlarına verilən sosial dəstək tədbirləri almaq hüququ verəcək.