image-s500backend

Rusiya S-500-lərin kütləvi istehsalına başladı

Ən müasir S-500 (“Prometey”) hava hücumundan müdafiə sistemi seriyalı istehsala buraxılıb.

Alp.az xəbər verir ki, bunu “Almaz-Antey” hava-kosmik müdafiəsi kompleksinin rəsmisi Yan Novikov deyib.

“Hazırda yerli elm və texnologiyanın ən son nailiyyətlərindən istifadə etməklə S-500 sisteminin kütləvi istehsalı başlayıb. Bu sistemin döyüş imkanları əvvəllər yaradılmış hava hücumundan müdafiə kompleksləri və sistemlərinin imkanlarını xeyli üstələyir. S-500 Rusiya hava-kosmik müdafiə sisteminin əsasına çevrilməyə qadirdir”, – Novikov bildirib.

Qeyd edək ki, S-500 yeni nəsil “yer-hava” hava hücumundan müdafiə sistemlərinə aiddir. Sistemin hədəfi məhv etmək radiusu 600 kilometr təşkil edir.axar.az

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki