Saxa (Yakutiya) Respublikası ərazisində mayın 20-dən regional səviyyəli fövqəladə vəziyyət (ES) rejimi tətbiq edilir.
Elchi.az xəbər verir ki, bu barədə Yakutiyanın rəhbəri Aisen Nikolaev Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, bu qərar daşqınla bağlı çətin vəziyyətə görə verilib. Nikolayev vurğulayıb ki, bir sıra sahələrdə müvafiq rejim tətbiq edilib. O, həmçinin respublika hökumətinə yaşayış məntəqələrinin və təsərrüfat obyektlərinin bərpası, əhalinin güzəranının təmin edilməsi, zərər çəkmiş vətəndaşlara sosial və maddi yardımların göstərilməsi üçün bütün tədbirləri görməyi tapşırıb.
Nuranə Məmmədova