image-c59dffa6f8161196655d95788e9564f8backend

Rusiya niyə müharibəni dayandırmaq istəyir? – ŞOK DETALLAR

Mənim baxışıma görə, Rusiya-Ukrayna cəbhəsində vəziyyət belədir: Rusiya müharibənin bitməsini istəyir, özü də mümkün qədər tez.
Ukrayna da müharibə ilə vidalaşmaq arzusundadır. Problem ondadır ki, cəbhədə vəziyyət getdikcə Ukraynanın xeyrinə dəyişir. Rusiyanın durumu isə günbəgün pisləşir. Belə bir ortamda Ukraynanın diplomatiya cəbhəsində Rusiyaya hər hansı güzəştə getməsi mümkünsüz görünür. ABŞ başda olmaqla Qərb də müharibənin bitməsini istəmirlər. Rusiya isə heç bir nəticəyə nail olmadan müharibəni başa çatdıra bilməz. Əgər rəsmi Mokva buna razılıq versə, Putin devriləcək. Orası da var ki, qollarını çırmalamış Qərb Rusiyanı birdəfəlik bitirməkdə qərarlı görünür…
Qərb öncə Ukraynaya kiçik ölçülü silahlar verdi. İndi isə iriçaplı silahlar göndərir. Rusiya Qərbdən gələn bu silah axınının qarşısını ala bilmir. Rəsmi Moskva başa düşür ki, bu prosesin qarsısın almağa cəhd göstərsə, NATO ilə müharibəyə başlamış olacaq. Nisbətən zəif Ukrayna ilə bacarmayan Rusiyanın NATO qarşısında duruş gətirməsi isə qətiyyən mümkün deyil…
Mustafası o ki, Rusiya bu müharibəni uduzub. Özü də lap ilk gündən…
Elbəyi Həsənli
image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki