image-00backend

Rusiya işğal etdiyi Xerson şəhərində “xalq respublikası” elan etməyə hazırlaşır

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun nəzarətinə keçən Xerson şəhərinin sakinlərinə müraciət edərək əllərində bayraq küçələrə çıxmağa çağırıb. O bəyan edib ki, tezliklə şəhərdə “Rusiyaya dəstək” mitinqi təşkil olunacağı gözlənilir.

“Onlar bundan ötrü şəhərə yadları gətiriblər, yerli satqınları da axtarırlar. Telemənzərə düzəltmək istəyirlər ki, Xerson artıq Ukraynaya aid deyil. Onlar “dnr” və “lnr”i də belə başlatmışdılar. Başa düşürsünüz, daha sonra nələr oldu. Bunu dayandırmaq lazımdır. Xersonlular, göstərin ki, bu şəhər sizindir. Siz işğalçıların istənilən planını dayandıra bilərsiniz”,-Zelenski bildirib.

***

Ukraynanın Rusiya qoşunları tərəfindən ələ keçirilmiş Xerson şəhərində “xalq respublikası” elan etməyə hazırlaşırlar. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının dezinformasiyaya qarşı mübarizə Mərkəzinin az əvvəl yaydığı məlumata görə, bu gün şəhərin mərkəzi meydanında bir qrup şəxs əllərində Rusiya bayraqları tutaraq “Xerson xalq respublikası” elan edəcəklər.

Bu məqsədlə şəhərə 2 iri avtobus, 20 avtomobil, 2 mikroavtobus və 7 “QAZel” avtomobili ilə adamlar daşınır. Mərkəz Xerson sakinlərini bu mitinqdə iştirak etməməyə və manipulyasiyalara uymamağa çağırır.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki