image-88backend

Rusiya hərbçiləri öz tanklarını Ukrayna Silahlı Qüvvələrinə satdı – SENSASİON BAZARLIQ

Rusiya Silahlı Qüvvələrinin tank bölmələrindən birinin ekipajı öz tanklarına Ukrayna hərbiçilərinə satıb. Alp.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna  daxili işlər nazirinin müşaviri Viktor Andrusiv Facebook-da məlumat verib.

Onun sözlərinə görə, bir neçə həftədir ki, rusların istifadə etdiyi telefonlar müəyyən edilib. Bunlar Ukrayna nömrələridir, onlara mütəmadi olaraq SMS mesajları göndərilir, avadanlıqları necə təhvil vermək barədə məlumatlandırılırlar.

“Rus əsgəri mükafat üçün bizə tank təhvil verdi!.. Bir neçə gün əvvəl Mişa bizə zəng etdi. Onun haqqında Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə məlumat verdik. Komandolar onu saxladı”, – deyə o paylaşıb.

“Tankın komandiri heyətindən tək qalıb, qalanları evə qaçıblar. Döyüşməyin mənasız olduğunu görən komandir tankını pul müqavilində bizə təhvil verdi. Ona vətəndaşlıq və mükafat veriləcək”- deyə Viktor Andrusiv bildirib.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki