image-88backend

Rusiya hərbçiləri Mariupolda SOYQIRIM HƏYATA KEÇİRİB – ŞOK FAKTLAR

Rusiya ordusu Mariupolun dinc əhalisinə atəş açmağa davam edir. Martın 21-nə olan məlumata görə, artıq qurbanların sayı 3 min nəfərdən çoxdur.

Alp.az Ukrayna mediasına istinadən xəbər verir ki, Azov alayının komandiri mayor Denis Prokopenko Mariupolda Rusiya təcavüzünün qurbanları haqqında danışıb, bu barədə alayın Telegram kanalı məlumat yayıb.

“Mülki əhali arasında qurbanların sayı hər gün artır, indi (martın 21-nə olan məlumata görə) bu, 3 mindən çoxdur”, – Prokopenko bildirib.

Eyni zamanda o, dəqiqləşdirib ki, ölənlərin dəqiq sayını heç kim deyə bilməz, çünki insanlar adsız kütləvi məzarlıqlarda basdırılır.

“Bir çox cəsədlər küçələrdə basdırılmadan qalır. Bəzi insanlar dağıntılar altında diri-diri basdırılıb”, – alay komandiri əlavə edib.

Prokopenkonun sözlərinə görə, ukraynalı müdafiəçilər mülki şəxslərə su və yeməklə kömək etməyə çalışırlar, lakin bu kifayət deyil. Bundan əlavə, Mariupolda insanlar üçün təhlükəsiz yerlər yoxdur, çünki düşmən raketləri evlərə düşüb, “insanları öz çarpayılarında öldürür”.

Xatırladaq ki, Azov alayı martın 20-də gün ərzində alayın döyüşçülərinin düşmənin 2 tankını, həmçinin 17 rus əsgərini məhv etdiyini bildirmişdi. Bundan əlavə, ukraynalı müdafiəçilər Rusiyaya məxsus “Raptor” gəmisini batırıblar.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki