“Ukrayna xalqının Rusiya hərbi işğalına qarşı qəhrəmancasına müqavimətinin altmışıncı günüdür. Rusiya Federasiyası Ukraynaya qarşı silahlı təcavüzünü davam etdirir”.
Alp.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir.
Qeyd olunur ki, Rusiya ordusu Donetsk və Luqansk vilayətləri ilə işğal edilən Krım arasında quru yolu üzərində tam nəzarəti bərqərar etmək üçün Şərq Əməliyyatı Zonasında hücum əməliyyatları aparır.
Volın, Polissya və Severski rayonlarında rus ordusu heç bir fəallıq göstərmir. Həmçinin Ukrayna-Belarus və Ukrayna-Rusiya sərhəd hissələrini qoruyan düşmən bölmələrinin mövqeyində və fəaliyyətində ciddi dəyişiklik aşkar edilməyib.
Slobozhanski istiqamətində rus işğalçıları Xarkov, Karasivka, Prudyanka və Kororboçkino yaşayış məntəqələrini artilleriya və reaktiv yaylım atəşi sistemlərindən hədəfləri davam ediblər.
İzyum -Barvinkove və İzyum – Slovyansk istiqamətlərində rus işğalçıları Velyka, Komışuvax, Virnopillya və Nova Dmitrivka yaşayış məntəqələri ərazilərində hücum əməliyyatları keçirmək üçün uğursuz cəhd göstərib.
Donetsk və Tavriya istiqamətlərində Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin mövqelərini artilleriya atəşinə tutub.
Mariupol şəhərində Rusiya qüvvələri “Azovstal” zavodunun ərazisindəki Ukrayna hərbçilərinin mövqelərinə raket və bombalı hücumlar həyata keçirib.
Ruslar eyni zamanda Popasna kəndi üzərində hücum əməliyyatları aparır.
Cənub Buh istiqamətində rus işğalçıları Knyazivka və Nikolayevka yaşayış məntəqələri ərazilərində Ukrayna ordusunun mövqelərini atəşə tutub.
Ukrayna Silahlı Qüvvələri düşmənə ağır itkilər yaşadır. Yalnız Donetsk və Luqansk vilayətlərində son 24 saat ərzində düşmənin yeddi hücumu dəf edilib, on üç tank, üç artilleriya sistemi, on yeddi zirehli texnika, dörd zirehli döyüş maşını, on səkkiz maşın və dörd tanker vurulub.
Hava hücumundan müdafiə bölmələri tərəfindən üç Orlan modeli olmaqla 10 ədəd PUA vurub.