Düşmən əsas qüvvələrini İzyum, Volnovaxa, Mariupol, Xerson və Nikolayev istiqamətlərində cəmləşdirir.
Alp.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Aretoviç deyib.
“Gün ərzində düşmənin və Silahlı Qüvvələrimizin, müdafiə qüvvələrinin vəziyyətində, mövqeyində ciddi dəyişiklik baş verməyib. Taktiki döyüşlər gedir. Düşmən öz qüvvələrini İzyum, Volnovaxa, Mariupol, Xerson və Nikolayev istiqamətlərində cəmləşdirir”, – Arestoviç bildirib.