Rusiya Federasiyasının Kiyev yaxınlığındakı 64 kilometr uzunluğunda olan hərbi kolonunun əhəmiyyətli dərəcədə səpələndiyi ortaya çıxıb. Peyk məlumatları göstərir ki, kolonun bəzi elementləri meşələrə və ağaclıq ərazilərə köçürülüb.
Alp.az xatırladır ki, Rusiya hərbi kolonu Kiyevdən təxminən 40 km şimal-qərbdə Ozersk yaşayış massivlərində yolun hərəkətli hissəsində dayanır.
Amma “Maxar Technologie” şirkətinin cümə axşamı çəkilmiş yeni peyk şəkilləri göstərir ki, Kiyevin şimal-qərbində, uzunluğu 64 kilometr olan Rusiya hərbi karvanı əsasən dağılıb və yerini dəyişib.
“Maxarın” məlumatına görə, peyk görüntüləri hərbi karvanın bəzi elementlərinin Lubyanka yaxınlığındakı meşələrə və ağaclıq ərazilərə köçdüyünü göstərir.
Qoşqulu artilleriya vasitələri və digər texnika Lubyanka yaxınlığında – Antonov aviabazasından təxminən beş kilometr şimal-qərbdə, seyrək ağac kollarında gizlənir.
Berestyankada, aviabazadan təqribən 15 km qərbdə, ağacların yaxınlığındakı sahədə bir neçə yanacaq daşıyan maşın və yəqin ki, çoxsaylı reaktiv yaylım atəşi sistemi dayanıb.
İvankovun cənub-şərqində, 64 kilometrlik konvoyun bir neçə yük maşını və avadanlığını hələ də yolda görmək mümkündür.